Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir

Sentyabrın 1-dən 4-dək Qırğızıstanın Çolpon-ata şəhərində MDB, Baltikyanı və Gürcüstan ölkələrinin Milli Olimpiya Komitələrinin forumu öz işinə başlayıb.

Azərbaycan Milli Olimpiya Komitəsindən   verilən məlumata görə, forumda adı çəkilən Milli Olimpiya Komitələrinin prezident, vitse-prezident və digər şəxslər iştirak edir. Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev təmsil edirlər.t

On iki ölkənin Milli Olimpiya komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Forum Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya Həmrəyliyi" proqramı çərçivəsində keçirilir.Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31