UEFA ötən mövsümün ən yaxşılarını seçdi
UEFA ötən mövsümün ən yaxşılarını seçdi
30 Avqust 2019 13:52 İdmanUEFA ötən mövsümün ən yaxşılarını müəyyənləşdirib.
Olaylar.az bildirir ki, mükafatlar Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması mərasimi zamanı təqdim edilib.
Mövsümün ən yaxşı oyunçusu "Liverpul" hollandiyalı müdafiəçisi Virjil van Deyk seçilib. O, bu nominasiyada Kriştianu Ronaldo ("Yuventus", Portuqaliya) və Lionel Messini ("Barselona", Argentina) qabaqlayıb.
Lionel Messi UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün ən yaxşı hücumçusu, Frenki De Yonq ("Ayaks", Hollandiya) ən yaxşı yarımmüdafiəçi, Virjil van Deyk ən yaxşı müdafiəçi, Alison Bekker ("Liverpul", Braziliya) isə ən yaxşı qapıçısı seçiliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31