"Barselona" əfsanəvi futbolçusuna heykəl qoydu

"Barselona" əfsanəvi futbolçusuna heykəl qoydu

İspaniyanın "Barselona" futbol klubu, keçmiş oyunçusu və məşqçisi Yohan Kroyfa heykəl qoyub.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, abidə "Kamp Nou" stadionunda ucaldılıb.

Hündürlüyü 3,5 metr olan əsərin müəllifi Hollandiyadan olan heykəltəraş Korri Ammerlandır.

"Yohan Kroyfun heykəli bütün ailəmizə məmnunluq və fəxr hissi verir. "Kamp Nou" onun üçün xüsusi yer idi", - Kroyfun oğlu Yordi deyib.

"Barselona"nın prezidenti Xosep Bartomeu isə vurğulayıb ki, bu heykəl Yohan Kroyfu daim xatırlatmalı və klub üçün nə qədər önəm kəsb etdiyini göstərməlidir. Kroyff tariximizin vacib hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31