“Renn” 3-cü qələbəsini qazanıb, PSJ darmadağına sevinib
26 Avqust 2019 05:43 İdmanFransa Liqa1-də III tur davam edir.
Turun üç matçı keçirilib.
"Strasburq"un qonağı olan "Renn" mövsümdə 3-cü qələbəsini qazanıb. "Monako" "Nim"lə məhsuldar sülhə imza atıb - 2:2.
PSJ evdə "Tuluza"nı qəbul edib. Paytaxt təmsilçisi qonaqların müqavimətini ikinci yarıda qıraraq darmadağına sevinib.
Qeyd edək ki, turun digər matçları avqustun 27-28-də keçiriləcək.
Fransa Liqa1
III tur
25 avqust
"Monpelye" - "Nim" - 2:2
Slimani, 39, Ben Yedder, 45 - Filipoto, 70, Danke, 82
"Strasburq" - "Renn" - 0:2
Qrenye, 16, Nyanq, 54
PSJ - "Tuluza" - 4:0
Çupo-Motinq, 50, 75, Qonsalveş, 52 (ö.q.), Markinyos, 83
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31