Tanınmış futbolçu vəfat etdi - FOTO
Tanınmış futbolçu vəfat etdi - FOTO
14 Avqust 2019 17:50 İdmanArgentina millisinin sabiq üzvü Xose Luis Braun vəfat edib.
Olaylar.az xəbər verir ki, keçmiş müdafiəçi uzun müddət idi ki, altsheymer xəstəliyindən əziyyət çəkirdi. Braun 62 yaşında dünyasını dəyişib. "Tata" ləqəbi ilə tanınan Braun, 1986-cı ildə keçirilən dünya çempionatının finalında - Argentinanın Qərbi Almaniyanı məğlub etdiyi oyunda (3:2) komandasının ilk qolunu vurmuşdu.
Mərhum futbolçu klub karyerasında "Estudiantes", "Boka Xuniors", "Mursiya", "Brest" kimi komandalarda çıxış etmişdu.
Braun 2008-2011-ci illərdə Argentina milli komandasında köməkçi-məşqçi vəzifəsində çalışmışdı.

Unikal.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31