Məşhur futbolçuya 1,5 min dollar cərimə
Məşhur futbolçuya 1,5 min dollar cərimə
24 İyul 2019 14:45 İdmanArgentina yığması və "Barselona" klubunun hücumçusu Lionel Messi Amerika Kuboku-2019 turnirindəki davranışına görə cəzalandırılıb.
Olaylar.az xəbər verir ki, argentinalı ulduz L.Messi bir oyunluq diskvalifikasiya edilib və 1,5 min dollar məbləğində cərimələnib. Beləliklə, o, 2022-ci il dünya çempionatının seçmə mərhələsinin start oyununda oynaya bilməyəcək.
Qeyd edək ki, Çili ilə matçın 37-ci dəqiqəsində meydandan qovulan Messi oyundan sonra hakimləri tənqid etmiş və Argentinanın rüşvətə görə finala çıxa bilmədiyini demişdi.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31