Xabi Alonso baş məşqçi oldu
Xabi Alonso baş məşqçi oldu
10 İyul 2019 18:46 İdmanİspaniya millisinin sabiq üzvü Xabi Alonso məşqçiliyə başlayıb.
Olaylar.az xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi İspaniyanın "Real Sosyedad" klubunda çalışacaq. Klubun rsəmi saytı Alonsonun B komandasının baş məşqçisi təyin edildiyini açıqlayıb.
Qeyd edək ki, 2017-ci ildə karyerasını bitirən Xabinin ilk klubu da "Real Sosyedad" olub. O, daha sonra "Eybar", "Liverpul", "Real" və "Bavariya"da çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31