Amerika kubokunun ən yaxşıları müəyyənləşdi
Amerika kubokunun ən yaxşıları müəyyənləşdi
8 İyul 2019 14:44 İdmanBraziliyanın ev sahibliyi etdiyi Amerika kubokunun ən yaxşı oyunçularının adları açıqlanıb
Olaylar.az bildirir ki, bu barədə FİFA-nın rəsmi "Tvitter" səhifəsində məlumat yayılıb.
Finalda Perunu 3:1 hesabı ilə məğlub edən "sambaçılar" bütün nominasiyalarda qalib olublar.
Turnirin ən yaxşı qapıçısı Alison Beker layiq görülüb. Amerika kubokunun ən yaxşı futbolçusu Dani Alveş, turnirin ən sərrast futbolçusu adına isə Everton layiq görülüb.
Yarışın feyr-pley mükafatı da Braziliya millisinə verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31