Lampard rəsmən “Çelsi”də - “Zadəgan” evinə qayıtdı
Lampard rəsmən “Çelsi”də - “Zadəgan” evinə qayıtdı
4 İyul 2019 15:34 İdmanÇelsi azerkeşlərinin "Super Frank" ləqəbli əfsanəvi oyunçusu Frank Lampard kluba baş məşqçi kimi qayıdıb.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Derbi Kaunti"dən ayrılan Frank Lampard "Çelsi"nin baş məşqçisi təyin edilib.
41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, "Yuventus"a keçən Maurisio Sarrini əvəzləyib.
Qeyd edək ki, "Super Frank" 2001-2014-cü illərdə "Çelsi"də oynayıb və 648 matçda 211 qol vuraraq zadəganlar klubu tarixinin ən yaxşı bombardiri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31