Bu gün 4 qadın güləşçimiz medal uğrunda mübarizə aparacaq
Bu gün 4 qadın güləşçimiz medal uğrunda mübarizə aparacaq
28 İyun 2019 16:06 İdmanBelarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.
Olaylar.az bildirir ki, bu gün 4 qadın güləşçimizdən ikisi qızıl, ikisi bürünc medal uğrunda yarışacaq.
50 kq çəkidə mübarizə aparan Mariya Stadnik ukraynalı Oksana Livaçla üz-üzə gələcək.
Alyona Kolesnik (57 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Bediha Günlə güləşəcək.
Elmira Qəmbərova (62 kq) finalda ukraynalı idmançı Yuliya Tkaçla qarşılaşacaq.
76 kiloda yarışan Səbirə Əliyeva isə bürünc medal uğurdunda güləşəcək. Onun rəqibi İselin Solheym (Norveç) olacaq.
Qeyd edək ki, bu günə qədər güləş millimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31