İtaliyanın ən məşhur stadionu sökülür
İtaliyanın ən məşhur stadionu sökülür
24 İyun 2019 11:54 İdmanİtaliyanın "Milan" və "İnter" komandalarının ev oyunlarını keçirdiyi "San Siro" stadionu söküləcək.
Olaylar.az bildirir ki, tikiləcək yeni stadion 2022/2023 mövsümünə hazır olacaq.
Onun tikintisi 630 milyon avroya başa gələcək.
Yeni stadionda azarkeş tutumunun 60 min olacağı planlaşdırılır.
Qeyd edək ki, əfsanəvi "San Siro"da 1934 və 1990-cı ilə dünya çempionatlarının, eləcə də 1965 və 1970-ci il Avropa Çempionlar Kubokunun, 2001 və 2016-cı il Çempionlar Liqasının final oyunları keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31