Maradona istefa verdi
Maradona istefa verdi
14 İyun 2019 15:10 İdmanFutbol ulduzu Dieqo Maradona Meksikanın "Dorados" futbol klubunun baş məşqçisi karyerasını başa vurub.
Maradona səhhətində yaranmış problemlə əlaqədar "Dorados" klubundan ayrılıb.
Bildirilir ki, həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət görüblər. Həmçinin, onun iki çiynində və dizində cərrahi əməliyyat aparılacağı deyilir.
Qeyd edək ki, Dieqo Maradona Meksikanın ikinci divizionunda "Dorados" futbol komandasına 2018-2019-cu illər ərzində rəhbərlik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31