Rövnəq Abdullayev təcili iclas keçirdi
12 İyun 2019 10:23 İdmanAVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.
"Qafqazinfo" xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb. O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.
Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31