Məşhur futbolçunun evi qarət olundu

Məşhur futbolçunun evi qarət olundu

Futbol üzrə İspaniya yığmasının oyunçusu Alvaro Moratanın mənzili qarət edilib.

Bu barədə "Marca" məlumat yayıb.

Qeyd edilir ki, hadisə futbolçu AVRO-2020-nin seçmə mərhələsində keçirilən matçda olan zaman baş verib. Belə ki, silahlı cinayətkarlar idmançının evinə soxulublar. Qarətçilər evdən bahalı əşyalar oğurlayıblar.

Məlumatda bildirilir ki, futbolçunun xanımı və övladları hadisə zamanı evdə olublar. Lakin onlardan heç kim zərər çəkməyib.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31