Məşhur klubun sahibi dəyişdi - Amerikalı iş adamı aldı
Məşhur klubun sahibi dəyişdi - Amerikalı iş adamı aldı
7 İyun 2019 14:31 İdmanİtaliyanın "Fiorentina" klubunun sahibi dəyişib.
Florensiya təmsilçisi amerikalı iş adamı Rokko Kommissoya satılıb. Bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Komisso "Fiorentina"nın səhmlərini Della Valle ailəsindən alıb.
İtaliya mətbuatının iddiasına görə, ABŞ-ın "Mediacon" televiziya şirkətinin və "Nyu-York Kosmos" klubunun sahibi olan 69 yaşlı Komisso, "Fiorentina"nın səhmləri üçün Della Valle ailəsinə 160 milyon avro ödəyib.
unikal
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31