Neymarın topuğu qırıldı - VİDEO
Neymarın topuğu qırıldı - VİDEO
6 İyun 2019 19:00 İdmanBraziliya millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib.
Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu topuğundan xəsarət aldığından 21-ci dəqiqədə Evertonla əvəzlənib.
Bu zaman göz yaşlarına hakim ola bilməyən ulduz futbolçu paltardəyişmə otağına tibbi personalın köməyi ilə yollanıb. Stadionu isə o, qoltuq ağacları ilə tərk edib. Tibbi müayinə nəticəsində Neymarın ayaq biləyinin bağlarının qırıldığı və 15 iyunda başlayacaq Amerika Kubokunu buraxacağı müəyyənləşib.

Buna baxmayaraq, Braziliya millisi ilk hissədə "Everton"un futbolçusu Rişarlison və "Mançester Siti"nin hücumçusu Qabriel Jezusun qolları ilə Qətər yığmasına 2:0 hesabı ilə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31