Qəzada ölən futbolçunun oğlu "Real"a keçir
Qəzada ölən futbolçunun oğlu "Real"a keçir
4 İyun 2019 16:56 İdmanBir müddət əvvəl avtomobil qəzasında həyatını itirən Xose Antonio Reyesin oğlu Xose Reyes karyerasını "Real" klubunda davam etdirəcək.
11 yaşlı futbolçu növbəti mövsümdə "Real"ın akademiyasına qoşulacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Leqanes" klubunun gənc komandasında çıxış edən Reyes, son mövsümdə ölkə çempionatının qalibi və turnirin bombardiri olub.
Xose Antonio Reyes karyerası ərzində "Real", "Sevilya", "Arsenal", "Atletiko", "Benfika" kimi klublarda forma geyinmişdi. Reyes 22 dəfə də İspaniya millisində çıxış etmişdi.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31