“Real Madrid” yeni hücumçu aldı –Serbiyalı qolçu yaxın günlərdə müqaviləyə imza atacaq
“Real Madrid” yeni hücumçu aldı –Serbiyalı qolçu yaxın günlərdə müqaviləyə imza atacaq
4 İyun 2019 16:40 İdmanİspaniyanın "Real Madrid" klubu heyətinə yeni futbolçu cəlb edib.
Məlumata görə, Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasından Luka Yoviçlə anlaşma əldə olunub. Serbiyalı oyunçu yaxın günlərdə tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.
22 yaşlı hücumçunun 2025-ci il iyunun 30-dək Madrid təmsilçisində çıxış edəcəyi bildirilir.
Qeyd edək ki, Luka Yoviç ötən mövsüm Almaniya Bundesliqasında 32 oyuna 17 qol vurub/Report.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31