Məşhur futbolçu qəzada öldü
1 İyun 2019 20:03 İdman"Real"ın və İspaniya millisinin sabiq üzvü Xose Antonio Reyes vəfat edib.
35 yaşlı futbolçu avtomobil qəzasında dünyasını dəyişib. Bu barədə "Sevilya" klubunun rəsmi "tvitter" hesabı məlumat yayıb. Reyes son olaraq İspaniyanın "Estremadura" klubunda forma geyinirdi.
Reyes karyerası ərzində "Real", "Sevilya", "Arsenal", "Atletiko", "Benfika" kimi klublarda oynayıb.
Reyes 22 dəfə də İspaniya millisində çıxış edib.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31