Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünü açıq elan edir
Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünü açıq elan edir
31 May 2019 17:46 İdmanAzərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünü açıq elan edir. İrimiqyaslı beynəlxalq yarışların ardınca bu dəfə meydançada paytaxt gimnastlarının əzmkar çıxışlarını izləmək mümkün olacaq.
İyunun 6-da Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə beşinci və tamblinq üzrə isə 17-ci Bakı çempionatı və birinciliyi keçiriləcək.
Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" və "Neftçi" klublarını təmsil edən ümumilikdə 66 gimnast balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparacaqlar.
sia
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31