Yoahim Löv xəstəxanaya yerləşdirildi
Yoahim Löv xəstəxanaya yerləşdirildi
31 May 2019 16:35 İdmanFutbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya düşüb.
59 yaşlı mütəxəssisə məşqlərdə aldığı zədə üzündən qan dövranının pozulması diaqnozu qoyulub.
Baş məşqçinin iyunun 8-də səfərdə Belarus, iyunun 11-də isə evdə Estoniya ilə AVRO-2020-nin seçmə qrup oyunlarını buraxacağı bildirilir.
Qeyd edək ki, Yoahim Löv Almaniya millisinə 2006-cı ildən rəhbərlik edir. Onun rəhbərliyi altında Bundestim dünya çempionatlarında qızıl və bürünc, Avropa çempionatlarında isə gümüş və iki dəfə bürünc medal qazanıb.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31