"Qarabağ" "Çelsi"ni belə təbrik etdi -FOTO
"Qarabağ" "Çelsi"ni belə təbrik etdi-FOTO
30 May 2019 10:18 İdmanFinal qarşılaşmasında "Arsenal"ı 4:1 hesabı ilə məğlub edən "Çelsi" komandasını "Qarabağ" klubu da təbrik edib.
BAKU.WS xəbər verir ki, Ağdam klubu çempionu rəsmi sosial şəbəkə hesabından belə təbrik edib:
"Bakıya gəl(məy)ən və kubokla qayıdan Çelsinin bütün futbolçularını təbrik edirik. Zadəganlıq hər zaman zəfəri haqq edir".
Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında "Çelsi" komandası "Arsenal"ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31