Finalda iki qol vuran ulduz futbolçu: Bu vidadır

İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Azar Avropa Liqasının Bakıda keçirilən final oyununun komandadakı son matçı olduğunu açıqlayıb.

Belçikalı futbolçu "Arsenal" üzərində 4:1 hesablı qələbəyə qısa şərhində klubdan ayrılacağına eyham vurub.

Müqaviləsi 2020-ci ilin yayında başa çatacaq E.Azar dubl etdiyi görüşdən vidalaşmaq niyyətini gozlətməyib: "Düşünürəm ki, bu, vidadır. Amma sən heç vaxt dəqiq bilə bilməzsən".

Qeyd edək ki, İspaniya "Real"ına keçidi gündəmdə olan E.Azar final oyununda iki qol vurub

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31