Bakıda tarixi anlar: möhtəşəm finalda DARMADAĞIN REALLAŞDI

Matç "Çelsi"nin 4-1 hesablı qələbəsi ilə başa çatır.

***

00:29

69-cu dəqiqədə fərq azalır: 3-1. "Arsenal"ın heyətində Ayvobi fərqlənir. Bundan 3 dəqiqə sonra isə Eden Azar "Çelsi"nin üstünlüyünü yenidən 3 topa çatdırır: 4-1.

***

00:22

65-ci dəqiqədə "Çelsi" rəqib qapısından 3-cü topu keçirdi. Komandanın heyətində Eden Azar penaltidən fərqləndi: 3-0

***

00:18

60-cı dəqiqədə "Çelsi" üstünlüyünü 2 topa çatdırdı: 2-0. "Zadəganlar"ın heyətində Pedro Rodriqes fərqləndi.

***

30 may 00:06

"Çelsi" ikinci hissəyə qolla başladı. Oliviye Jiru oyunun 49-cu dəqiqəsində fərqləndi: 1-0

***

23:00

Dünyanın diqqətində olan UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda başladı.

***

Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin "Çelsi" və "Arsenal" komandaları start heyətlərini açıqlayıblar.

Publika.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, komandaların ilk "11-lik"ləri aşağıdakı kimidir:

"Çelsi": 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar

"Arsenal": 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31