"Bakıda gördüyümüz hər şey gözəl və mükəmməldir" - VİDEO
"Bakıda gördüyümüz hər şey gözəl və mükəmməldir" - VİDEO
29 May 2019 19:26 İdmanUEFA Avropa Liqasının bu gün keçiriləcək final oyununu izləmək üçün Bakıya gələn "Arsenal" azarkeşləri arasında israilli Lev Holon da var.
Təl-Əvivdən Bakıya dostları ilə birlikdə gələn Lev Holon Azərbaycan paytaxtı barədə təəssüratlarını və qarşıdakı oyunla bağlı proqnozlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: "Bakı çox xoşumuza gəldi. Burada gördüyümüz hər şey gözəl və mükəmməldir, özümüzü tam sərbəst və təhlükəsiz hiss edirik.
Bakıda əsl futbol abı-havası var. Oyunun nəticəsinə gəlincə, əminəm ki, kubok "Arsenal"ın olacaq. Onun bütün tərəfdarları Bakıdan öz ölkələrinə qələbə sevinci ilə qayıdacaqlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31