"Azərbaycan ənənəsinə sadiq qalaraq bu dəfə də təhlükəsizlik tədbirlərini çox yüksək səviyyədə təşkil edib"
"Azərbaycan ənənəsinə sadiq qalaraq bu dəfə də təhlükəsizlik tədbirlərini çox yüksək səviyyədə təşkil edib"
29 May 2019 18:45 İdmanMən həyat yoldaşımla UEFA Avropa Liqasının final oyununu izləmək üçün Ukraynadan gəlmişəm. Ölkənizdə ilk dəfədir oluruq. Bakının gözəlliyi, xüsusilə Dənizkənarı Milli Park bizi heyran etdi. Burada qədim və müasir arxitektura bir-biri ilə vəhdət təşkil edir. İnsanlar qonaqpərvər, səmimi və gülərüzdür. Azərbaycanda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, yarışların yüksək səviyyədə keçirildiyindən məlumatlıyıq. Ölkəniz ənənəsinə sadiq qalaraq bu dəfə də təhlükəsizlik tədbirlərini çox yüksək səviyyədə təşkil edib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ukraynalı turist Svetlana Lepntyeva deyib.
O, həmçinin qeyd edib: "Bu, sadəcə futbol bayramıdır. Biz hər iki komandanı dəstəkləyirik. Güclü qalib gəlsin".
Ukraynalı qonaq Azərbaycan mətbəxinin ləziz təamlarının dadına da baxdıqlarını və çox bəyəndiklərini xüsusi vurğulayıb.