Bakıda tarixi anlar yaşanır - İngilis nəhəngləri üz-üzə

Bakıda tarixi anlar yaşanır - İngilis nəhəngləri üz-üzə

Bu gün Azərbaycanda tarixi anlar yaşanacaq.

Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirlərindən biri olan UEFA Avropa Liqasının 2018-2019 mövsümü final mərhələsi Bakıda baş tutacaq.

Dünya miqyasında 1 milyard insan Bakı Olimpiya Stadionunda İngiltərə derbisi izləyəcək. İki London təmsilçisi "Çelsi" və "Arsenal" kubok uğrunda mübarizə aparacaq.

Artıq hər iki komanda Bakıdadır və oyunöncəsi ilk məşqlərinə başlayıblar.

Rəsmi qurumların məlumatına görə, oyunu stadiondan 60 mindən çox tamaşaçı izləyəcək.

Tarixi final qarşılaşması saat 23:00-da başlanacaq. Matçı İtaliyalı baş hakim Canluka Rokki idarə edəcək.

UEFA-nın rəsmi saytı bildirir ki, finalçılar Bakıya bu heyətlə yollanıb:

Arsenal: Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett.

Çelsi: Kepa Arrisabalaqa, Sezar Aspilikueta, Andreas Kristiensen, Devid Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar.

Avropa Liqası

Final

29 may

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə)

Baş hakim: Canluka Rokki

Bakı Olimpiya Stadionu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31