“Çelsi” Bakıya gəlir - FOTO/VİDEO

“Çelsi” Bakıya gəlir - FOTO/VİDEO

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final görüşünün digər iştirakçısı - "Çelsi" klubunun futbolçuları mayın 27-də Bakıya yola düşüblər.

"Çelsi" klubunun "Twitter" səhifəsində  xəbər verir ki, futbolçular təxminən saat 22:30 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaqlar.

Xatırladaq ki, "Arsenal" komandası artıq Bakıdadır.

"Çelsi" UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşündə "Arsenal" komandası ilə üz-üzə gələcək. Matç saat 23:00-da başlayacaq. 

Встроенное видео

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31