UEFA prezidenti Mxitaryanın cavabını verdi
24 May 2019 22:41 İdmanUEFA prezidenti Aleksandr Ceferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.
Ceferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, deyilənlər digər Avropa ölkələrinə də aiddir.
UEFA prezidenti Mxitaryanın "təhlükəsizlik" məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. Bildirib ki, Mxitaryanın dedikləri 2016-cı ildə Fransada keçirilən "Avro-2016" oyunlarını yada salır.
"Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik", - deyə UEFA prezidenti qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31