Özildən böyük final öncəsi müraciət: Azərbaycanlı qardaşlarım... - FOTO

Özildən böyük final öncəsi müraciət: Azərbaycanlı qardaşlarım... - FOTO

İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsud Özil Bakıda keçiriləcək Avropa Liqasının final oyunu öncəsi azərbaycanlı azarkeşlərə müraciət edib.

Futbolçu Bakıdakı böyük finala 7 gün qaldığını qeyd edib.

"Azərbaycanlı qardaşlarım! Biz bunu etdik, finaldayıq. Bakıda görüşənədək" - Özil tvitter hesabında yazıb.

Qeyd edək ki, Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalında İngiltərənin "Arsenal" və "Çelsi" komandaları qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31