Oyun zamanı infarkt keçirən hakim öldü - VİDEO
Oyun zamanı infarkt keçirən hakim öldü - VİDEO
20 May 2019 18:46 İdmanFutbol dünyasında daha bir faciə yaşanıb.
Boliviyada oyun zamanı hakim infarkt keçirib.
Çempionatın 25-ci turunda "Olueys Redi" - "Oriende Petrolero" matçı zamanı baş hakim Viktor Huqo Hurdado ürək tutması keçirib. 47-ci dəqiqədə yerdə qalan referi ilk müdaxilədən sonra ayılıb və dərhal xəstəxanaya çatdırılıb. Ancaq xəstəxanada ikinci dəfə infarkt keçirən 32 yaşlı hakim gözlərini əbədi yumub.
Matçın keçirildiyi "El-Alto" stadionu dəniz səviyyəsindən 4150 metr hündürlükdədir.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31