Baş məşqçi futbolçuları bara apardı
17 May 2019 18:35 İdmanHesab 2,8 min funt sterlinq edib
İngiltərənin "Derbi Kaunti" klubunun futbolçuları Çempionşipdə finala vəsiqə qazanmalarını içki məclisində qeyd ediblər.
"Sky Sports" xəbər verir ki, cavab yarımfinal matçından "Lids" üzərində 4:2 hesablı qələbədən sonra baş məşqçi Frenk Lempard komandanı bara aparıb.
Burada kollektiv üzvləri ümumilikdə 209 bakal pivə, 75 likyor, 64 araq kokteyli və 1 dietik "Coca Cola" sifariş ediblər. Hesab isə 2,8 min funt sterlinq edib.
Qeyd edək ki, "Derbi Kaunti" mayın 27-də "Uembli"də baş tutacaq finalda "Aston Villa" ilə qarşılaşacaq. Qalib komanda Premyer Liqaya vəsiqə qazanacaq.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31