Hakim öldü, oyun dayandırıldı - Video
Futzal üzrə Braziliyada çempionatında hakim ölüb.
14 May 2019 10:31 İdmanFutzal üzrə Braziliyada çempionatında hakim ölüb.
Oxu.az xəbər verir ki, "Sao-Karlos" və "Taubate" komandaları arasındakı oyunu idarə edən 44 yaşlı İsildo Fabiano Byançi da Silva meydançada infarkt keçirib.
O, qəflətən yıxılıb. Hər iki komandanın oyunçuları kömək üçün onun yanına qaçıblar. Tibbi heyət gəlib və onu meydançadan xərəkdə çıxarıblar. Yardımlara rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı 0-0 olan hesab hakimin ölümünə görə açılmamış qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31