Futboldan sonra stadionda dava düşdü - VİDEO
Rusiyanın Krasnoyarsk şəhərinin mərkəzi stadionunda "Yenisey" və "Krasnodar" futbol komandalarının oyunundan sonra azarkeşlər arasında dava düşüb.
12 May 2019 15:52 İdmanRusiyanın Krasnoyarsk şəhərinin mərkəzi stadionunda "Yenisey" və "Krasnodar" futbol komandalarının oyunundan sonra azarkeşlər arasında dava düşüb.
Teleqraf.com xəbər verir ki, dava ilə bağlı yayılan kadrlarda azarkeşlərin stadionun əməkdaşlarını döydükləri görünür. Daha sonra hadisə yerinə polisin gəldiyi və zopa ilə futbol fanatlarını oradan uzaqlaşdırdığı görünür.
Qeyd edək ki, matç 4:0 hesabı ilə "Krasnodar"ın xeyrinə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31