Çempionlar Liqasında ikinci finalçı müəyyənləşək - "Liverpul" rəqibini gözləyir
Çempionlar Liqasında ikinci finalçı müəyyənləşək - "Liverpul" rəqibini gözləyir
8 May 2019 11:54 İdmanBu gün UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
Olaylar.az bildirir ki, Hollandiya təmsilçisi "Ayaks" doğma meydanı "Yohan Kroyf Arena"da İngiltərənin "Tottenhem" kulubunu qəbul edəcək.
Komandaların ilk qarşılaşması London təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Amsterdam klubuna final üçün istənilən heç-heçə sərf edəcək.
Ev sahiblərindən Karel Eytinq və Hassan Bandenin zədə səbəbilə matçı buraxacaq. Qonaq komandadan isə Harri Vink, Erik Lamela və Harri Keyn eyni səbəbdən qarşılaşmada iştirak edə bilməyəcək.
Matş Bakı vaxtilə 23:00-da start verəcək. Oyunu almaniyalı referi Feliks Brıx idarə edəcək.
Qeyd edək ki, qalib klub finalda İngiltərə təmsilçisi "Liverpul"la qarşılaşacaq.