Çempionlar Liqasında TARİXİ GECƏ: "Barselona" İngiltərədə PARÇA-PARÇA OLDU
8 May 2019 05:28 İdmanBu gün Çempionlar Liqasında ilk finalçı müəyyənib.
Yarımfinalın cavab matçında "Liverpul" öz meydanında "Barselona"nı 4 cavabsız qolla məğlub edib.
İlk oyunda 3:0 hesabı ilə məğlub olan İngiltərə təmsilçisi ilk finalçı olub. Beləliklə, "Liverpul" ardıcıl ikinci mövsüm finala yüksəlib.
Qeyd edək ki, mayın 8-də keçiriləcək yarımfinalın digər cavab matçında "Ayaks" "Tottenhem"i qəbul edəcək. Londonda keçirilən ilk oyun "Ayaks"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)
İlk oyun - 0:3
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31