İdmançımız dünya çempionu oldu
Azərbaycan triatlonçusu Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu olub
3 May 2019 13:39 İdmanAzərbaycan triatlonçusu Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu olub
Azərbaycan Triatlon Federasiyasından bildiriblər ki, idmançımız İspaniyanın Pontevedra şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
R.Pevtsov həm də payızda ABŞ-ın San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.
R.Pevtsov yarışın 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın 2,5 kilometr məsafəyə qaçış mərhələsində isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib.
İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.(modern.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31