Həbib Nurməhəmmədovun atası Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidentinə məsləhətçi təyin olunub

Həbib Nurməhəmmədovun atası Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidentinə məsləhətçi təyin olunub

Qarışıq döyüş növləri ustası Həbib Nurməhəmmədovun atası və Rusiya Federasiyasının Əməkdar məşqçisi Abdulmanap Nurməhəmmədov qadın güləşçilərdən ibarət Rusiya yığmasında çalışmağa razılıq verib.
Mütəxəssis bu barədə TASS-a açıqlamasında bildirib. O, dostlarının orada işlədiyini, qadın idmançların çəki atmasına və onlara dözümlülük baxımından kömək etməyə hazır olduğunu bildirib.
A.Nurməhəmmədov komandada məsləhətçi kimi çalışacağını söyləyib.
Qeyd edək ki, Rusiyanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti Maqomed Aliomarovdur.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31