Erməni “Beşiktaş”ın prezidenti olmaq istəyir

Erməni “Beşiktaş”ın prezidenti olmaq istəyir

Erməni əsilli Türkiyə vətəndaşı Alen Markaryan "Beşiktaş"ın prezidenti olmaq istədiyini açıqlayıb.

"Çarşı" azarkeş qrupunun keçmiş rəhbəri gələcəkdə bununla bağlı "Hat-trick" nəşrinə açıqlamasında deyib:

"Gələcəkdə "Beşiktaş"ın prezidenti olmaq istəyirəm. İllərlə bu komandaya tribunada xidmət etdik. Ev və səfər oyunlarında komandanı dəstəkləmişik. İndi isə tribunada yer almıram. İndiki idarə heyətində olmaq istəmirəm. Gələcəkdə "Beşiktaş"da prezident olmaq istəyirəm".

Qeyd edək ki, hazırda "Beşiktaş"ın prezidenti Fikrət Ormandır.(qafqazinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31