Bakıda Formula 2 üzrə ikinci yarışın qalibləri müəyyənləşdi - NƏTİCƏLƏR
Bakıda Formula 2 üzrə ikinci yarışın qalibləri müəyyənləşdi - NƏTİCƏLƏR
28 Aprel 2019 16:39 İdmanBakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində keçirilən Formula 2 üzrə ikinci yarışa yekun vurulub. SİA-nın məlumatına görə, yarışda hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 23 dövrə vurublar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda "DAMS"ın pilotu kanadalı Nikolas Latifi birinci olub. "Charouz"un sürücüsü ABŞ təmsilçisi Juan Manuel Korrea yarışı ikinci, "Campos Racing"dən isə ingilis Cek Aitken üçüncü pillədə başa vurublar.
Xatırladaq ki, ötən gün keçirilən Formula 2 üzrə birinci yarışda "Campos Racing" komandasının pilotu Cek Aitken birinci, "ART Grand Prix"dən Nik de Vries ikinci, "MP Motorsport"un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.
Nəticələri nəzərinizə çatdırırıq:
