"Formula 1" yarışı zamanı pilotun qəzaya düşdüyü an - VİDEO
"Formula 1" yarışı zamanı pilotun qəzaya düşdüyü an - VİDEO
28 Aprel 2019 11:29 İdmanÖtən gün "Formula 1" üzrə SOCAR Azerbaycan Qran-prisinin sıralama turunda "Williams" komandasının pilotu Robert Kubitsa qəza törədib.
"Report"un verdiyi məlumata görə, pilot trekin ən ensiz hissəsində idarəetməni itirərək təhlükəsizlik baryerinə çırpılıb. Bolid sıradan çıxdığı üçün Robert Kubitsa turu davam etdirə bilməyib. Pilot və bolid evakuasiya edilib.
Qeyd edək ki, sıralama turunun nəticəsinə əsasən, bu gün keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31