“Yuventus” şokda: Ronaldo komandadan gedir
“Yuventus” şokda: Ronaldo komandadan gedir
18 Aprel 2019 16:52 İdmanKristiano Ronaldo klubunu yenidən dəyişə bilər.
Qaynarinfo xəbər verir ki, portuqaliyalı ulduz "Yuventus"u tərk etmək istəyir. "La Repubblica"nın məlumatına görə, 34 yaşlı futbolçu komandanın Çempionlar Liqasının 1/4 final mərhəhələsində uduzmasına görə çox məyus olub. İddiaya görə, Ronaldo gələn ilin yayında komandadan getmək istəyir.
Qeyd edək ki, Ronaldo ötən ilin yayında "Real"dan "Yuventus"a 117 milyon avroya transfer olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31