Avroliqada yarımfinalçılar müəyyənləşəcək
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
18 Aprel 2019 14:15 İdmanBu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Olaylar.az bildirir ki, cavab qarşılaşmalarından sonra yarımfinalçılar müəyyənləşəcək.
"Napoli" doğma azarkeşlər önündə İngiltərə "Arsenal"ını qəbul edəcək. Tərəflər arasında ilk qarşılaşma Arsenalın 2:0 hesablı qələbəsi il başa çatıb.
Turnirin digər matçı Londonda baş tutacaq. "Çelsi" öz meydanında Çexiyanın "Slaviya" kollektivini sınağa çəkəcək. Tərəflər arasında ilk qarşılaşma zadəganların xeyrinə 1:0 hesabı ilə başa çatıb.
Almaniyada baş tutacaq matçda Ayntraxt klubu "Benfika"nı qəbul edəcək.Tərəflər arasında ilk qarşılaşmada Portuqaliya təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.
Turnirin maraqla gözlənilən qarşılaşmasında İspaniya komandaları üz-üzə gələcək. İspan təmsilçilərin ilk matçında "Valensiya" "Vilyarreal"ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtilə saat "23:00"da baş tutacaq.