Güləşçimiz erməniyə qalib gələrək medal qazandı

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, güləşçimiz Taleh Məmmədov (63 kq) bürünc medal uğrunda görüşdə ermənistanlı idmançını məğlub edib.

Güləşçimiz bundan öncə təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub, lakin yarımfinalda Məmmədov Norveç idmançısına yenilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31