Boksçu rəqibini döyüşdən əvvəl güllələdi

Cənubi Osetiyadan olan boksçu Riçard Bitiev rinqdə üz-üzə gəlməli olduğu rəqibini güllələyib. 

Cənubi Osetiyadan olan boksçu Riçard Bitiev rinqdə üz-üzə gəlməli olduğu rəqibini güllələyib. 
 
Bitiev "Alaniya kuboku" çərçivəsində qarşılaşmalı olduğu Tair Kelesxaevi döyüşə bir gün qalmış ayağından güllələyib. O, cinayəti pnevmatik silahla həyata keçirib. 
 
Hazırda hadisə yerindən qaçan Bitiev axtarışa verilib. Kelesxaevin durumu isə  normaldır. Həkimlər onun həyatına hər hansı təhlükənin olmadığını bildirirlər. 

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31