İstanbul derbisinin hakimlər briqadası müəyyənləşib
Dünyanın ən böyük derbilərindən sayılan “Fənərbaxça” “Qalatasaray” oyununun hakimləri açıqlanıb.
11 Aprel 2019 14:42 İdmanDünyanın ən böyük derbilərindən sayılan "Fənərbaxça" "Qalatasaray" oyununun hakimləri açıqlanıb.
Olaylar.az bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytında məlumat verilib.
Türkiyə Superliqasının 28-ci turunda baş tutacaq görüşün baş hakimi Ali Palabıyık, onun köməkçiləri Kamal Yılmaz, Sərkan Olquncan, 4-cü hakim Koray Gənçərlər olacaq. VAR (Videotəkrar) sisteminə isə İbrahim Yuşan, Bülənt Balta, Kərim Altıay və Murat Kanqalgil nəzarət edəcək.
Derbi aprelin 14-ü, Bakı vaxtilə saat 20:00-da start götürəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31