Avro Liqada 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Olaylar.az bildirir ki, qarşılaşmalardan biri İspaniyanın "Vilyarreal" və "Valensiya" klublarının iştirakı ilə təşkil olunacaq. 

Daha bir qarşılaşma "Arsenal" və "Napoli" arasında baş tutacaq.

İngiltərədə keçirilən matçda meydan sahibləri Rob Holdinq, Denni Uelbek və Ektor Belyerin iştirak ərizəsinə daxil edilməyib.

Qonaq klubda isə Raul Albiol və Amadu Diavara meydana çıxmayacaq. 

Daha bir qarşılaşma Portuqaliyada "Benfika" və Almaniyanın "Ayntraxt" komandaları arasında reallaşacaq. İki klub ilk dəfə üz-üzə gələcək.

Maraqla gözlənilən növbəti matç isə Çexiyada baş tutacaq. "Slaviya" İngiltərənin daha bir təmsilçisi "Çelsi"ni qəbul edəcək. 

"Çelsi" mövsüm boyu turnirdə məğlubiyyət yaşamayıb.

Qeyd edək ki, qarşılaşmalar Bakı vaxtilə 23:00-da baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31