Messi daha bir otel aldı

spaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi daha bir otel alıb.

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi daha bir otel alıb.

"The Sun" xəbər verir ki, yalnız böyüklər üçün nəzərdə tutulan "Sea Sun Fona" adlı otel Malyorkada yerləşir.

Dörd ulduzlu mehmanxana 98 otaqdan ibarətdir.

Otelin sabiq sahibi Visente Miralyes satışın bu ilin fevralında reallaşdığını bildirib. Hazırda təmirdə olan otelin açılışı mayın 2-ə nəzərdə tutulub.

Qeyd edək ki, Lionel Messinin İspaniyanın İbitsa və Sidjes bölgələrində də otelləri var.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31