Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək. 

Olaylar.az bildirir ki, İngiltərədə keçiriləcək matçda Mançester Yunayted klubu "Barselona"nı qəbul edəcək. 

Oyunu italiyalı referi Canluka Rokki idarə edəcək.

Komandaların heç birinin heyətində cəzalı futbolçu yoxdur. 

Meydan sahiblərində Erik Bayi, Antonio Valensiya, Mateo Darmian və Aleksis Sançes zədəyə görə meydana çıxa bilməyəcək. 

Hollandiyada keçiriləcək matçda Ayaks" klubu "Yuventus"u qəbul edəcək.

Matçı ispan hakim Karlos del Cerro Qrande idarə edəcək.

Meydan sahiblərindən Nussair Mazraui cəza, Hassan Bande isə zədə səbəbindən oyunu buraxacaq. 

Turin təmsilçisindən isə Martin Kaseres, Andrea Bartsalyi, Mattia Perin və Emre Can zədə səbəbilə matçı buraxacaq. 

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtilə 23:00 da start götürəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31