Futbolçunu oyun zamanı helikopterlə qaçırdılar
5 Aprel 2019 18:45 İdmanKaryerasına bitirmək qərarına gələn Siciliya həvəskar çempionatında çıxış edən "Viaqrande" klubunun üzvü İqnasiyo Barbaqallo helikopterlə qaçırılıb.
"Viaqrande" və "Neobrodi" komandaları arasındakı görüşün ikinci hissəsində meydana helikopter enib və içində olan adamlar futbolçuların üzərinə qaçıb.
Qeyri-müəyyən şəxslər futbolçunun əl-qolunu bağlayıb, onu helikopterə mindirib və ərazidən uzaqlaşıblar.
Azarkeşlər və komanda üzvləri qorxu keçiriblər.
Lakin sonradan aydın olub ki, karyerasını qeyri-adi şəkildə başa vurmaq istəyən Barbaqallo bunu özü bilərəkdən hazırlayıb.
Bu hərəkətinə görə 55 yaşlı futbolçu 200 avro cərimələnib və 31 may 2019-a qədər oyunlardan uzaqlaşdırılıb.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31